Ümumilikdə 5 litr pivədən istifadə olunub. Ümumilikdə 5 litr pivədən istifadə olunub.

Həkimlər alkoqoldan zəhərlənən şəxsi 15 banka pivə ilə xilas edib

Ümumilikdə 5 litr pivədən istifadə olunub.

Vyetnamlı Nquen Van Nat həddindən artıq çox qəbul etdiyi alkoqol miqdarına görə az qala həyatını itirəcəkdi.

AzNews.az The Sun nəşrinə istinadən xəbər verir ki, 48 yaşlı kişi alkoqoldan zəhərləndiyinə görə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərsə onun həyatını xilas etmək üçün bədəninə 15 banka pivə yeritməyə məcbur olublar.

Məsələ ondadır ki, orqanizmi zəhərləyən maddələrin işini yavaşlatmaq üçün bunu etmək qərarına gəliblər.

Pasiyentin qanında metanol 1119 dəfə artıq olub. Çünki, o, tərkibində metil spirtinin artıq olduğu keyfiyyətsiz spirtli içki qəbul edib.

Həkimlərin sözlərinə görə, alkoqolun tərkibində 2 növ spirt ola bilər: etanol və metanol.

İnsanın qaraciyəri əvvəlcə birincini parçalayır. Buna görə onlar pasiyentin orqanizminə pivə daxil etməklə qaraciyəri metanoldan yayındırmağa çalışıblar.

Dərhal pasiyentə 3 banka, daha sonra hər saatda 1 banka pivə yeridiblər. Ümumilikdə 5 litr pivədən istifadə olunub.

Bütün bu müddət ərzində həkimlər dializ həyata keçirərək, orqanizmdən bütün zəhərli maddələri çıxara biliblər.

Fəridə Abdulla

AzNews.az