“Bentley” 100 illiyi münasibətilə eksklüziv model təqdim edəcək. “Bentley” 100 illiyi münasibətilə eksklüziv model təqdim edəcək.

“Bentley” eksklüziv model təqdim edəcək

“Bentley” 100 illiyi münasibətilə eksklüziv model təqdim edəcək.

Dünyanın ən nüfuzlu avtomobil markalarından biri – Britaniyanın “Bentley” şirkəti özünün 100 illik yubileyini eksklüziv modelin buraxılması ilə qeyd edəcək.

Məhdud şəkildə istehsal ediləcək “Continental GT” modeli martın 5-də Cenevrə avtosalonunda təqdim olunacaq.

Yubiley maşınları tünd yaşıl rəngli gövdələri və radiator qəfəsi üzərinə vurulmuş “9” rəqəmi ilə fərqlənəcək. “Blower Bentley” 1930–cu ildə “Le-Mane”də bu nömrə altında çıxış edib və dövrəni qətetmə üzrə rekord müəyyən edib. Bundan əlavə, “doqquz” ədədi yüzilliyin illərinin rəmzi ola bilər: 1919-2019.

“Bentley” yüzüncü ildönümünün bayram edilməsi çərçivəsində brendin tarixindən və gələcəyindən söz açan kitab da nəşr etdirəcək. Kitabda əsas diqqət ən ötən əsrin 20-ci illərində “Le-Mane”dakı qələbələr, markanın məşhur modelləri, habelə bu şirkəti yaradan insanlar üzərində cəmləşdiriləcək.(AZƏRTAC)

© AzNews.az