Sonsuzluq diaqnozu qoymuşdular - 2 dəfə ana oldu

"Elə bilirdim ki, bu, möcüzədir..."

Britaniyanın İpsuiç şəhərindən olan Hannah Carpenter həyat yoldaşı Maykla valideyn olmaq üçün az qalsın bütün mümkün yolları yoxlamışdılar.

AzNews.az Ipswich Star qəzetinə istinadən xəbər verir ki, lakin bütün bu üsulların heç biri onlara kömək etmirdi.

Hannanın sözlərinə görə, o, yalnız trenajor zalına mütəmadi olaraq baş çəkdikdən sonra hamilə qala bilib. Cütlüyün 3 il əvvəl Nancy adlı bir qızı dünyaya gəlib.

"Mənə diaqnoz qoyulanda çox kədərləndim. Hətta həkimin sözlərinə heç bir şübhə də etmədim. İkinci dəfə süni mayalanma həyata keçirəndə, mən hamilə qaldım, ancaq övladımı itirdim". Hanna belə deyib.

Birinci övladını dünyaya gətirəndə Hanna çox xoşbəxt idi. Ağlına belə gəlməzdi ki, ikinci dəfə dünyaya uşaq gətirəcək.

"İki il sonra ikinci dəfə hamilə qalanda elə bilirdim ki, bu, möcüzədir."

Fəridə Abdulla

AzNews.az