Şişlər sümüklərin üzərinə təzyiq etdiyi üçün ağrılarım olur. Şişlər sümüklərin üzərinə təzyiq etdiyi üçün ağrılarım olur.

Ayaqlarım fil ayağı kimi olub: Yardım istəyirəm - VİDEO

Şişlər sümüklərin üzərinə təzyiq etdiyi üçün ağrılarım olur.

"Fil" xəstəliyinə tutulan və ayaqlarının hər biri təxminən 30 kiloqram olan 50 yaşlı fələstinli Besam Əbu Yusif müalicə olunacağı günü ümidlə gözləyir.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, təxminən 4 il əvvəl linfa kanallarının pozulması ilə bağlı meydana gələn və xalq arasında "fil" xəstəliyi kimi tanınan xəstəlik səbəbilə evinin içində belə addım atmağa çətinlik çəkir.

Təxminən 3 aydır hərəkət edə bilmədiyi üçün şiddətli ağrılar çəkən Əbu Yusif vaxtını evinin salonundakı bir pəncərənin qarşısında oturaraq keçirdiyini, sadəcə zəruri ehtiyaclarını qarşılamaq üçün ayağa qalxdığını qeyd edib:

“Ayaqlarım fillərinki kimi olub. Çətinliklə paltar tapıram. Ayaqlarım getdikcə ağırlaşmağa başlayıb. Şişlər sümüklərin üzərinə təzyiq etdiyi üçün ağrılarım olur. Yaz aylarında isə artan istilərə görə həmin şişlər iltihablanır və qaşınır”.

Həyat yoldaşı və uşaqları ilə 2005-ci ildə Səudiyyə Ərəbistanından Qəzzaya qayıdan Əbu Yusif fələstinlilərə aid vəsiqəsinin olmadığı üçün bölgədən çıxa bilmir.

“Hökümət rəsmilərindən, sağlamlıq mərkəzlərindən vəziyyətimin düzəlməsi üçün yardım etmələrini istəyirəm”. Əbu Yusif belə deyib.

Qeyd edək ki, "fil" xəstəliyi mikrobların ağcaqanadlar tərəfindən insanlara keçməsinə və uşaq vaxtı linfa sisteminin zərər çəkməsinə görə yaranır.

Pərvanə Ağazadə

AzNews.az