Rusiyanın ilk idarə olunan ekspedisiyası 2031-ci ildə Aya uçmalıdır, sonra isə belə uçuşları hər il təkrarlamaq planlaşdırılır. Rusiyanın ilk idarə olunan ekspedisiyası 2031-ci ildə Aya uçmalıdır, sonra isə belə uçuşları hər il təkrarlamaq planlaşdırılır.

Rusiyalı kosmonavtlar Aya uçacaqlar - 2031-ci ildə

Rusiyanın ilk idarə olunan ekspedisiyası 2031-ci ildə Aya uçmalıdır, sonra isə belə uçuşları hər il təkrarlamaq planlaşdırılır.

“Ölkə.Az” Rusiya mətbuatına istinadən xəbər verir ki, ilk ekspedisiyanın heyəti “kosmonavtların Ayda fəaliyyəti üzrə əməliyyatlar” üzərində məşq etməlidir. 2032-ci ildə yerin təbii peykinə lunomobil (Ayda kosmonavtları daşımaq imkanı olan ağır aparat), həmçinin nəqliyyat vasitələrini yoxlayacaq ikinci ekspedisiya göndərilməlidir. Bir il sonra göndəriləcək üçüncü ekspedisiya isə lunomobil vasitəsi ilə uzaq məsafəyə səfərlər etməli və robot texnikası komplekslərini sınaqdan çıxarmalıdır.

Bu uçuşlardan öncə 2028 və 2029-cu illərdə iki sınaq startı keçirilməlidir. Həmçinin 2034-cü ildə Ay bazasının tikintisinə başlamaq nəzərdə tutulur.

Aznews.az