"Qızıma ilik verən donorla tanış olmaq istəyirik". "Qızıma ilik verən donorla tanış olmaq istəyirik".

Ukraynalı ailə qızına etdiklərinə görə o Türkü axtarır

"Qızıma ilik verən donorla tanış olmaq istəyirik".

Türkiyəyə gələn ukraynalı ailə qızına ilik verən türk donoru axtarır.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ukraynada yaşayan cütlüyün qızı Yevanhelina İlehçuka 4 aylıq olanda immun çatışmazlığı diaqnozu qoyulub.

Ailə İsrail və Türkiyədəki xəstəxanalarla bağlı araşdırma aparıb və Türkiyənin Medical Park Antalya xəstəxanasına gəlməyə qərar verib.

Xəstəxanaya gələndən sonra qızları üçün donor axtarışına başlayıblar.

“Ailə içində uyğun donor tapılmadığı üçün TÜRKÖK-ə müraciət etdik. Yevanhelinaya uyğun donor tapıldı. Bir türk donorun verdiyi iliklə qızım həyatda qaldı”. Körpənin anası Anzhela Pithotska belə deyib.

Qızına ilik köçürüləndən sonra sağlamlığına qovuşduğunu bildirən ana donora və xəstəxana heyətinə təşəkkürünü bildirib.

Donorun sadəcə yaş və cinsiyyətini bildiklərini qeyd edən valideynlər qaydalara görə ancaq 2 il sonra donorla tanış ola biləcəklərini deyib:

“2 il sonra mütləq Türkiyəyə gəlib qızıma ilik verən donorla tanış olmaq istəyirik”.

Pərvanə Ağazadə

AzNews.az