Hasarı adlayan qadına qara yaquar hücum edib. Hasarı adlayan qadına qara yaquar hücum edib.

Ölümcül selfi - Həyatının kabusunu yaşadı

Hasarı adlayan qadına qara yaquar hücum edib.

ABŞ-ın Arizona ştatında bir qadın getdiyi zooparkda bir yaquarla selfi çəkdirmək istəyərkən xəstənalıq olub.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, qara yaquarla şəkil çəkdirmək üçün hasarı adlayan qadın heyvanın hücumuna məruz qalıb. Qışqırıq və fəryadlardan sonra hadisə yerinə gələn xilasedicilər gənc qadını güclə xilas edə biliblər.

Zooparkın rəhbəri hadisə ilə bağlı açıqlama verib:

“Hadisə şahidlərinin ifadəsinə görə, bir ziyarətçi dişi yaquarlarımızdan birinin fotosunu daha yaxından çəkmək üçün hasarı adlayıb və daha sonra xəsarət alıb. Tibb işçiləri ona ilkin müdaxilə edib. Hadisə ilə bağlı araşdırmaya başlanılıb”.

Səidə Vahid

AzNews.az