Fransada bu gün "Aprel balığı günü", İngiltərədə "Axmaqlar günü" kimi qeyd olunur. Fransada bu gün "Aprel balığı günü", İngiltərədə "Axmaqlar günü" kimi qeyd olunur.

Bu gün ümumdünya gülüş günüdür

Fransada bu gün "Aprel balığı günü", İngiltərədə "Axmaqlar günü" kimi qeyd olunur.

Ümumdünya gülüş günü həm ölkəmizdə, həm də ABŞ, Kanada, Hollandiya, Yaponiya kimi ölkələrdə qeyd olunur. Fransada bu gün "Aprel balığı günü", İngiltərədə "Axmaqlar günü" kimi keçirilir.

AzNews.az gülüş günündə mətbuatda edilən məşhur zarafatları təqdim edir:

- 1957-ci ildə BBC-nin ən ilginc xəbər proqramı olan “Panorama” havaların isti keçməsi səbəbi ilə ağaclarda spagetti yetişməyə başladığını deyib. Tezliklə televiziyaya çoxsaylı telefon zəngləri daxil olub. Telefonu açan BBC yetkililəri də zəng edənlərə tam ciddi şəkildə “bir qutu tomat, sosiskalı spaget əkin və tutması üçün dua edin” məsləhətini veriblər. Sonda bunun bir zarafat olduğu üzə çıxıb.

- 1962-ci ildə İsveçin yeganə ağ-qara yayımlanan telekanalının 1 aprel proqramına çıxan bir texnoloq televizorun ekranına bir qadın neylon corabı keçirməklə tamaşaçıların rəngli televizorlara baxa biləcəkləri müjdəsini verib.

- 1998-ci ildə “Burger King” “USA Today” qəzetinə verdiyi elanda solaxaylar üçün xüsusi hamburger hazırlandığını bildirib. Elanda deyilib ki, ölkədəki 32 milyon solaxay üçün hazırlanmış həmin hamburgeri rahat yemək üçün o, 180 dərəcə fırlanır. Sonradan bunun 1 aprel zarafatı olduğu deyilsə də, günlərlə xeyli sayda müştəri həmin hamburgerin dadına baxmaq üçün “Burger King”ə axışıb.

- 1977-ci ildə ingilis “The Guardian” qəzeti Hind okeanında uydurma San Şeriff Respublikasının 10-cu ildönümünü qeyd etmək üçün 7 səhifəlik xüsusi buraxılışla çıxıb.

- 1992-ci ildə sol təmayüllü NPR radiosu 1 aprel sayında Riçard Niksonun “Pis bir iş görmədim və bir daha pis bir iş görməyəcəm” şüarı ilə prezident seçkilərində namizəd olduğunu açıqlayıb.

- 1995-ci ildə “Diskover” dərgisi 1 aprel sayında “Aprille Pazzo” adlı bir bioloqun Antarktidada kəlləsi yastı sümüklərdən ibarət və pinqivinləri yaxalamaq üçün buzu böyük bir sürətlə əridən yeni bir heyvan nəsli kəşf etdiyini xəbər verib.

- Almaniyanın Schlesvig-Holstein əyalətindəki bir radio sürücülərdən Rader körpüsünü keçərkən 5 avro hazırlamalarını istəyib.

- İsveçrəli bir şirkətin bir körpünü satın aldığını və bayram günləri körpüdən keçid haqqı alınacağı xəbərini yayan radio əyalətin rəhbəri Heide Simonis, çox sayda siyasətçi, polis məmurları və ADAC avtomobil klubundan da dəstək alaraq onların açıqlamalarına yer verib. Lakin bu da bir zarafat olub.

Cavidan Mirzəzadə

AzNews.az