O, ucqar kəndə göndərilməsini ədalətli cəza hesab etdiyini söyləyib O, ucqar kəndə göndərilməsini ədalətli cəza hesab etdiyini söyləyib

Arvadı gözəllik müsabiqəsinə qatılan din xadimi sürgün edildi

O, ucqar kəndə göndərilməsini ədalətli cəza hesab etdiyini söyləyib

Rusiyanın Maqnitoqorsk şəhərində kilsənin rahibi Sergey Zotov həyat yoldaşı gözəllik müsabiqəsinə qatıldığı üçün sürgünə göndərilib.

Müsabiqədə finala yüksələn rahibin həyat yoldaşı Oksana Zotovanın fotolarının sosial şəbəkə və mediada yayılması şəhərdə etirazlara səbəb olub. Şəhərin dindar kəsimi həyat yoldaşını müsabiqəyə göndərən rahibi sərt tənqid edib. Zotov ailəsinə qarşı təpki Rusiyanın əsas müzakirə mövzularından birinə çevrilib. Nəticədə rahib kilsədəki işindən azad edilərək ən ucqar kəndə sürgün edilib.

Sergey Zotov bundan sonra Maqnitoqorskdan 65 km uzaqlıda sadəcə 4 min nəfərin yaşadığı Ferşampenuaz kəndində rahiblik edəcək. O, ucqar kəndə göndərilməsini ədalətli cəza hesab etdiyini söyləyib.(qafqazinfo.az)

AzNews.az