Onları yalnız üç gündən sonra valideynlərinin cəsədləri yanında tapıblar Onları yalnız üç gündən sonra valideynlərinin cəsədləri yanında tapıblar

Üç yaşlı qız körpə qardaşını xilas etdi

Onları yalnız üç gündən sonra valideynlərinin cəsədləri yanında tapıblar

Los-Ancelesdə üç yaşlı qız valideynlərinin ölümündən sonra bir neçə gün ərzində ikiaylıq qardaşının qayğısına qalıb.

“The Sun” nəşri xəbər verir ki, uşaqların atası yataq otağında həyat yoldaşını güllə ilə vurub, sonra da özü intihar edib. Kişinin uzun müddət depressiyadan əziyyət çəkdiyi bildirilir.

Hadisədən sonra bacı və qardaş evdə tək qalıb. Onları yalnız üç gündən sonra valideynlərinin cəsədləri yanında tapıblar.

Uşaqlar güclü susuzluq keçirib, lakin həkimlər onlara vaxtında tibbi yardım göstərə bilib. Hazırda bacı və qardaşın həyatı üçün heç bir təhlükə yoxdur.(AZƏRTAC)

AzNews.az