“Bacardığımız şey haqqında necə həyəcanlı olduğumuzu sözlərlə ifadə etmək çətindir” “Bacardığımız şey haqqında necə həyəcanlı olduğumuzu sözlərlə ifadə etmək çətindir”

Bu şəxs Mariana çökəkliyində 11 kilometr dərinliyə endi - Yeni rekord

“Bacardığımız şey haqqında necə həyəcanlı olduğumuzu sözlərlə ifadə etmək çətindir”

Viktor Veskovo Sakit okeandakı Mariana çökəkliyində 11 kilometr dərinliyə enərək rekord qırıb.

AzNews.az mediaya istinadən xəbər verir ki, o, dünyanın ən dərin nöqtəsində 4 saat vaxt keçirməklə rekord qırıb.

Təzyiqə davamlı xüsusi dənizaltı ilə dərinlikdəki canlı həyatı görüntüləyən Veskovo orada dərin canlıları ilə yanaşı plastik torba və şirniyyat paketinə də rast gəlib.

Səfəri ilə bağlı BBC-yə danışan Veskovo “Bacardığımız şey haqqında necə həyəcanlı olduğumuzu sözlərlə ifadə etmək çətindir” deyib.

Xatırladaq ki, Veskovonun ən dərinə enmə rekordunun bənzəri daha əvvəl 2 dəfə baş tutub.

Mariana çökəkliyinə ilk dəfə amerikalı dənizçi Don Valş ilə isveçrəli mühəndis Jacques Piccard 1960-cı ildə enib.

Daha sonra isə məşhur rejissor Ceyms Kameron 2012-ci ildə bir nəfərlik dənizaltı ilə dərinliyə enməyə nail olub.

Veskovonu nəzarət gəmisindən izləyən 87 yaşlı Don Valş onu ilk təbrik edənlər sırasında olub:

“Gəncliyimə aid bu yerdə səyahətə dəvət edildiyimə görə qürur duyuram”.

Qeyd edək ki, Veskovo bundan əvvəl 7 qitədə öz bacarığını nümayiş etdirib.

Veskovonun səfəri “Discovery Channel” kanalında yayımlanmaq üçün sənədli film komandası tərəfindən izlənilir.

Pərvanə Ağazadə

AzNews.az