Mone bu silsilədən olan 30-a yaxın rəsm çəkib Mone bu silsilədən olan 30-a yaxın rəsm çəkib

Monenin əsəri rekord qiymətə satıldı

Mone bu silsilədən olan 30-a yaxın rəsm çəkib

Fransalı impressionist rəssam Klod Monenin “Taya” adlı əsəri Nyu-Yorkun “Sotbi” hərrac evində rekord qiymətə - 110,7 milyon dollara satılıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Bu rəsm sənətkarın həmin silsilədən olan “Quru ot tayası” adlı rəsminin rekordunu yeniləyib. Sonuncu 2016-cı ilin noyabr ayında “Kristiz” hərrac evində 81,4 milyon dollara “çəkic altı”na gəlmişdi.

Mone Jiverni (Fransa) şəhərindəki evinə köçdükdən sonra bu silsilədən olan 30-a yaxın rəsm çəkib.(oxu.az)

AzNews.az