Yeni nəsil superkompüterin yığılmasına cari ilin martında başlanılıb Yeni nəsil superkompüterin yığılmasına cari ilin martında başlanılıb

Yaponiyada yeni superkompüterin komponentləri ictimaiyyətə təqdim olundu

Yeni nəsil superkompüterin yığılmasına cari ilin martında başlanılıb

Yaponiyalı tədqiqatçılar dünyada ən sürətli yeni nəsil superkompüterin əsas komponentlərini ictimaiyyətə təqdim ediblər.

“RIKEN” Tədqiqat İnstitutu və elektronika sahəsində tanınmış “Fujitsu” şirkətinin ümummilli layihə çərçivəsində hazırladığı yeni kompüter hazırda Yaponiyda istifadə edilən “K” superkompüterinin xələfi olacaq. Bildirilir ki, yeni nəsil superkompüterin yığılmasına cari ilin martında başlanılıb.

Yeni superkpmpüterin müəllifləri kütləvi-informasiya vasitələrinin nümayəndələrinə yeni kompüterin mərkəzi prosessor blokunu nümayiş etdiriblər.

Tədqiqatçılar qeyd ediblər ki, yeni kompüterin mərkəzi prosessor bloku məlumatları “K” modelinin blokundan 20 dəfə sürətlə işləyəcək.

Yeni kompüterin “RIKEN” İnstitunun Kobe şəhərində yerləşən “K” modelini əvəz edəcəyi planlaşdırılır. Yaponiya hökuməti yeni superkompüteri 2021-ci ildən istifadə etməyi nəzərdə tutur.(AZƏRTAC)

AzNews.az