Qazlı içkilərin orqanizmə zərərləri var - Açıqlama

Son dövrlər qazlı şəkərli içkilərə tələbat artır.

Xüsusilə azyaşlıların sevərək içdiyi bu içkilər insan orqanizmində bəzi fəsadlar yarada bilər. Odur ki, mütəxəssislər sözügedən içkilən istehlakının minimuma endirilməsini tövsiyə edirlər.

Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, qazlı içkilərin tərkibində istifadə edilən Aspartam təbii dadlandırıcı kimi qiymətləndirilsə də, orqanimzə verdiyi zərərləri saymaqla bitməz. Belə ki, şirinliyi 200 şərti vahid təşkil edən Aspartam hamiləlik zamanı düşüklərin yaranması, şəkər və ürək xəstəlikləri ilə bərabər 100-ə yaxın xəstəliyin meydana gəlməsinə səbəb olur. Aspartam şəkərli və qazlı içkilərlə orqanizmə daxil olduqda bədənimiz bu “təbii dadlandırıcı” nı normal şəkər kimi qəbul etmir və şəkərin parçalanması üçün ifraz olunan insulin yaranmadığı üçün, orqanizmə faydası olmayan bakteriyaların qidalanmasına əlverişli şərait yaratmış olur.

Adətən qazlı içkilərin üzərində olan “Soyuq halda için” yazısı da əbəs yerə yazılmır. Bunun əsas səbəblərindən biri qazlı və şəkərli içkiləri temperaturu yüksək olan şəraitdə saxladıqda, tərkibində mövcud olan Aspartam əlavəsinin asanlıqla metanola çevrilməsidir. Metanol isə kanserogen təsiri ilə seçilən formaldehidə çevrilə bilir. Şəkərli içkilərin aşağı kalorili olaraq satışa çıxarılması məqsədilə istifadə edilən bu kimi dadlandırıcılara saxarin, kalium afsesulfat və s. misal göstərmək olar. Hazırda bir neçə şəkər əvəzedicisinin qarışdırılması ilə (saxarin və aspartamı, atsesulfam və aspartamı və s.) şəkərli içkilərdə energetik səmərə əldə olunur.(trend.az)

AzNews.az