O, başına gələnləri kabus adlandırıb O, başına gələnləri kabus adlandırıb

Təyyarədə yatan xanım oyananda gördüyü mənzərədən şoka düşdü

O, başına gələnləri kabus adlandırıb

Kanadada uçuz zamanı yatan sərnişin təyyarənin göyərtəsində unudulub.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, o, 1 saatdan sonra soyuq və qaranlıq təyyarədə gözlərini açıb. Hadisə iyunun 9-da Kvebekdən Torontoya uçan təyyarədə baş verib.

Oyanan zaman onun təhlükəsizlik kəməri hələ də bağlı olub. Tiffanı Adams adlı sərnişin başına gələnləri kabus adlandırıb.

Sərnişinin sözlərinə görə, o, dərhal dostuna zəng edib və baş verənlər barədə ona məlumat verib. Qadının dostu hadisə barədə hava limanını məlumatlandırıb.

T. Adams çamandanları daşıyan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən tapılaraq xilas edilib.

Xəyalə

AzNews.az