S-400-ün ixtiraçılarından biri olan əslən azərbaycanlı İqor Aşurbəyli kimdir?

Bu günlərdə Türkiyənin Rusiyadan S-400 tipli hava müdafiə sistemli raketini alması dünya mediasının əsas gündəm mövzularından birinə çevrilib.

Dünyanın ən yaxşı hava müdafiə sistemi olaraq göstərilən, bir çox üstün xüsusiyyətləri ilə ABŞ-ın istehsal etdiyi "Patriot"ları kölgədə qoyan S-400-ün konstruktorlarından biri də əslən azərbaycanlı olan İqor Aşurbəylidir.

İ. Aşurbəyli 1963-cü ildə Bakıda dünyaya gəlib. Oxuduğu 27 nömrəli məktəbi qızıl medalla bitirdikdən sonra cəmi bir yer uğrunda 17 abituriyentin mübarizə apardığı Azərbaycan Neft və Kimya İnstitutuna (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) istehsal proseslərinin avtomatlaşdırılması fakültəsinin mühəndis-sistemotexnik ixtisasına qəbul olunub.

Картинки по запросу АшурбейÐ

"Mən həyatda ikən Ayda daimi yaşayış yeri yaratmaq və ora uçmaq istəyirəm. Digər bütün şeylər avantüradır. Belə ki, məsələ hətta texnikada da yox, daha çox fiziologiyadadır. Bəşəriyyət sadəcə kosmik şülanma şəraitində yaşaya bilməz. Ona görə də Mars haqqında istənilən boşboğazlıq elə cəfəngiyyatdan başqa bir şey deyil. Yəni təbii ki, bir tərəfə bilet almaq olar, bundan artığını yox. Amma Ay - bəli, bu daha gerçək, anlaşılan və yaxındır," - deyə İ.Aşubəyli "Meduza"-ya bildirib.(Milli.az)

Похожее изображение

"Qarşıda duran ilk vəzifə Asqardiada Yer sistemindən asılı olmayan infrastruktur qurmaq, pasport, kredit kartı kimi məsələlərin həllini təşkiıl etməkdir"- deyə Aşurbəyli qeyd edib.

İ. Aşurbəylinin məqsədi Asqardianı azad bir dövlət kimi qurmaqdır.

Qeyd edək ki, onun rəhbərlik etdiyi Almaz korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan "S-300 Favorit" və "S-400 Triumf" raketlərinin istehsalı ilə məşhurlaşıb.(musavat.com)

AzNews.az