“Tesla” sahibini darıxmağa qoymayacaq - Maskdan daha bir anons

Bu funksiya bir neçə ay ərzində işə salına bilər

ABŞ-ın “Tesla” şirkətinin rəhbəri İlon Mask onun istehsalı olan elektrokarlarda yaxın zamanlarda “YouTube” və “Netflix” servislərindən video izləmək funksiyasının olacağını bildirib.

AzNews.az xəbər verir ki, bu barədə Mask özünün “Twitter” səhifəsində yazıb.

“Yaxın zamanlarda sizin “Tesla”da avtomobil dayanmış vəziyyətdə olanda “YouTube” və “Netflix” üzərindən video izləmək imkanı olacaq”, - deyə biznesmen öz mikrobloqunda bildirib.

O, qeyd edib ki, elektrokarda videoya baxmağın üstünlükləri rahat oturacaqların və “həcmli səs” effekti yaradan audio sistemin olmasıdır. Maskın sözlərinə əsasən, bu funksiya bir neçə ay ərzində işə salına bilər.

Tesla rəhbəri bildirib ki, gələcəkdə bu əyləncə avtomobilin hərəkət etdiyi zaman da mövcud olacaq. Sahibkarın sözlərinə görə, bu, Tesla avtomobillərində avtopilot sistemlərinin sürücünün iştirakı olmadan nəqliyyat vasitəsini tam şəkildə idarə edəcəkləri zaman mümkün olacaq.

“Tənzimləyicilər avtomatik idarəetməni təsdiqlədikdən sonra, hərəkət zamanı da videonu izləmək imkanı təqdim edəcəyik”, - deyə o qeyd edib.

“Tesla” şirkəti 2003-cü ildə İlon Mask tərəfindən təsis edilib. O, əvvəlcə “Tesla Motors” adlandırılmışdı, lakin sonradan adı “Tesla”ya dəyişdirildi.

Nigar Orucova

AzNews.az