"Dilin üzərini təmizləmək də nəticə əldə etməyə kömək edir" "Dilin üzərini təmizləmək də nəticə əldə etməyə kömək edir"

Ağız qoxusundan əziyyət çəkirsinizsə... - Həkim məsləhəti

"Dilin üzərini təmizləmək də nəticə əldə etməyə kömək edir"

Ağız qoxusu problemi olan insanlara türkiyəli diş həkimi Zafer Kazak lazımi tədbirlər barədə məlumat verib.

AzNews.az bildirir ki, Z.Kazak qoxuların diş əti xəstəliyindən və diş çürüklərindən qaynaqlana biləcəyini deyib.

"Əgər dişlərdən hər hansı birində çürük varsa, yaxud iki diş arasında yaranan boşluğa qida qalıqları girirsə, bu, ağız boşluğunda xoşagəlməz qoxunun yaranmasına gətirib çıxara bilir", - deyə həkim qeyd edib.

Z.Kazak qoxunun şəxsin ağız qulluğu ilə də bağlı ola bildiyini vurğulayıb.

"Əgər şəxs ağız boşluğuna lazımi qulluğu etmirsə, nəticədə yaranan diş daşları da xoşagəlməz quxuya səbəb ola bilər. Bu məqamda dişə professional şəkildə qulluq edilməli, gündə 2-3 dəfə və ya hər yeməkdən sonra 3-4 dəqiqə dişlər fırçalanmalı, diş iplərindən istifadə edərək mütəmadi təmizlənməlidir. Qoxunun yaranmasının qarşısını almaq üçün dilin üzərini təmizləmək də nəticə əldə etməyə kömək edir", - deyə həkim bildirib.

Gül Qədirli

AzNews.az