İnterpol məşhur müğənninin ölkədən qaçmış ərini tapdı

O, beynəlxalq axtarışa verilib

Moldova hökuməti tərəfindən axtarışa verilən deputat İlan Şor hazırda İsraildədir.

AzNews.az-ın məlumatına əsasən, bu barədə İnterpolun Moldova üzrə nümayəndəliyinin rəhbəri Viorel Tsentiu Pro TV telekanalına bildirib.

“İlan Şorun hazırda İsrail ərazisində olduğu müəyyə edilib. O, İnterpol xətti ilə axtarışa verilib. Şor sərhəddi keçməyə cəhd etsə, dərhal saxlanılacaq və ekstradisiya olunacaq”, - deyə Tsentiu vurğulayıb.

Onun sözlərinə əsasən, Şor 194 ölkədə axtarışa verilib.

Qeyd edək ki, Moldova parlamenti Baş prokurorluğun sorğusuna əsasən, Şoru cari il avqustun 15-də deputat toxunulmazlığından məhrum edilib.

Məşhur rusiyalı müğənni Jasminin həyat yoldaşı olan Şora 2017-ci ilin iyun ayında Kişinyov məhkəməsi tərəfindən bank saxtakarlığına dair işdə iştirak etdiyinə görə 7,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi. Ona Moldovanın ərazisini tərk etmək qadağan edilmişdi. Prokurorluq ölkənin qanunsuz tərk edilməsi ilə əlaqədar ona qarşı üç cinayət işi açıb. Şor beynəlxalq axtarışa verilib.

AzNews.az