Tezlikdə bütün dünya bilik gününü qeyd edəcək Tezlikdə bütün dünya bilik gününü qeyd edəcək

Şahzadə Corcun dərs proqramı açıqlandı

Tezlikdə bütün dünya bilik gününü qeyd edəcək

Britaniya taxt-tacının varisi də başqa uşaqlar kimi çantasını toplayıb, yeni dərs ilində məktəbə gedəcək.

Bu yayı balaca Şahzadə çox aktiv şəkildə keçirib: paradda iştirak edib, polo matçına baxıb, valideynləri ilə birgə Mustique adasında dincəlib, bir müddət isə nənəsinin yanında qalıb. Lakin qarşıdan sentyabr gəlir, o, qayğısız və əyləncəli həyatı unutmalı qalacaq.

Məlum olduğu kimi, Tomas Battersea məktəbində Şahzadə Corc riyaziyyat, din, coğrafiya, ingilis və fransız dillərini, həmçinin tarix, kompüter elmləri, dizayn, musiqi, incəsənət və balet dərslərini alacaq. İkinci sinifdə Corcu "ev tapşırığı"da gözləyir. Belə ki, məktəbin veb saytındakı məlumatlara görə, şagirdlər yatmazdan öncə hər gecə 10 dəqiqə oxumalı və orfoqrafik məşqlər etməli olacaqlar.

Şahzadənin proqramında 6 dəqiqəlik Motsart, Haydn və Bethovenin əsərləri ilə tanışlıq, 40 dəqiqəlik teatr və musiqi dərsləri də var.

Qeyd edək ki,sentyabrın biri təkcə Corc üçün deyil, həm də bu il ilk dəfə məktəbə qədəm qoyacaq Şahzadə Şarlotta üçün xüsusi bir olacaq.(oxu.az)

AzNews.az

image description