O, ağır hərəkət edir O, ağır hərəkət edir

Nadir ikibaşlı ilan tapılıb - VİDEO

O, ağır hərəkət edir

Nyu-Cersi ştatında ətraf-mühit məsləhətçiləri tərəfindən iki başlı ilan tapılıb.

AzNews.az xarici mediyaya istinadən xəbər verir ki, reptiliyanı aşkar edən hər iki alimin adı Deyv olduğu üçün ilana "cüt Deyv" adı verilib.

Onun iki tam formalaşmış başı, dörd gözü, iki dili və bir tam bədəni var.

Herpetoloq Deyv Şneyderin sözlərinə görə, reptiliyaya təbii şəraitdə yaşamaq çətin olacaq. Çünki, o, ağır hərəkət edir və beləliklə də, vəhşi heyvanlar üçün asanlıqla yem ola bilər.

Pərvanə

AzNews.az