Qeyri-qanuni qazıntı işləri aparan “arxeoloqlar” saxlanılıb Qeyri-qanuni qazıntı işləri aparan “arxeoloqlar” saxlanılıb

Misirdə yaşayış binasının altında qədim məbəd tapıldı

Qeyri-qanuni qazıntı işləri aparan “arxeoloqlar” saxlanılıb

Misirin Sohaq əyalətində “qara arxeoloqlar” yaşayış binasının altında Ptolemeylər dövrünə aid qədim məbəd aşkarlayıblar.

Misirin təhlükəsizlik orqanları və turist polisinin birgə keçirdiyi əməliyyat nəticəsində yaşayış evində 9,6 metr dərinliyində 2,6 kvadratmetr sahədə yeraltı şaxta, onun içərisində məbədin divarları və əhəngdaşından döşəmə aşkar edilib. Bundan əlavə, əhəngdaşından tikilmiş divarlarda rəsmlər, yazılar və bəzəklər olan otaq tapılıb.

Qeyri-qanuni qazıntı işləri aparan “arxeoloqlar” hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, yaşayış binası möhürlənib.(AZƏRTAC)

AzNews.az