Dekorativ kimi istifadə olunan daşlar olduğunu düşünüb Dekorativ kimi istifadə olunan daşlar olduğunu düşünüb

Geyim sifariş verdi, narkotik gəldi

Dekorativ kimi istifadə olunan daşlar olduğunu düşünüb

Hollandiyadakı internet şəbəkəsindən onlayn geyim sifarişi verən avstraliyalı cütlük gözlənilməz bir surprizlə qarşılaşıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, onlar sifariş etdikləri geyimlərin olduğu paketdən dəyəri təxminən 500 min avro olan 24 min 800 ekstaz həb çıxıb.

Avstraliyanın Linz şəhərində yaşayan 58 və 59 yaşlarındakı cütlük payız paltarlarını Hollandiyadakı bir internet şəbəkəsindən sifariş verib.

Hollandiya mediasının Avstraliya polisinə istinadən verdiyi xəbərə görə, Linzli cütlük tərəfindən sifariş edilən geyimlər bir neçə gün sonra onlara çatdırılıb. Həyəcanla sifarişlərini açan cütlük başqa bir şeylə qarşılanıb.

Qadın paketin içindəki rəngli kiçik blokların dekorativ kimi istifadə olunan daşlar olduğunu düşünüb.

Ərinə bu daşları sifariş edib-etmədiyini soruşub.

BBC türkcədən Yusuf Özkanın xəbərinə görə, rəngli blokları yaxından araşdıran kişi bunların narkotik həblər olduğunu anlayıb və dərhal paketi geri şirkətə göndərib. Onlar, həmçinin bu haqda Linz polisinə xəbər verib. Polisin apardığı ekspertizadan sonra Hollandiyadan göndərilən paketin içində dəyəri təxminən 500 min avro olan 24 min 800 ədəd ekstaz həb olduğu məlum olub.

Narkotik qruplarının araşdırmasından sonra narkotik maddə ilə dolu paketin əsl alıcısının Şotlandiyadakı bir kişi olduğu müəyyənləşib. Hollandiyadan paketin yanlışlıqla avstraliyalı cütlüyə göndərildiyi anlaşılıb.

Qeyd edək ki, narkotik sifariş verən şotland polis tərəfindən saxlanılıb.

Səidə Vahid

AzNews.az