Qadına qarşı “oğurluq” maddəsi üzrə cinayət işi açılıb Qadına qarşı “oğurluq” maddəsi üzrə cinayət işi açılıb

Pula görə pişik oğurladı

Qadına qarşı “oğurluq” maddəsi üzrə cinayət işi açılıb

Rusiyanın Tümen vilayətinin Tobolsk şəhərində 42 yaşlı qadın 55 min rubla görə pişik oğurlayıb.

Rusiya mediası xəbər verir ki, 32 yaşlı kişi həmin məbləğə Britaniya cinsindən olan pişik alıb. Ancaq ev sakinlərinin allergiyası səbəbindən heyvanı iş yerində saxlamalı olub. İş yoldaşlarından biri pişiyin qiymətini öyrəndikdən sonra onu oğurlamaq qərarına gəlib.

Ancaq polis qadını ələ keçirib. O, günahını etiraf edib. Qadına qarşı “oğurluq” maddəsi üzrə cinayət işi açılıb.(qafqazinfo.az)

AzNews.az