Gec həll olması da dərmanın gec təsir etməsi ilə nəticələnər Gec həll olması da dərmanın gec təsir etməsi ilə nəticələnər

Dərman udarkən nə qədər su içməliyik?

Gec həll olması da dərmanın gec təsir etməsi ilə nəticələnər

Məşhur türk həkimi Mesut Sancar dərmandan düzgün istifadə qaydaları haqqında yerli mətbuata geniş açıqlama verib.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, həkim dərmandan düzgün istifadənin müalicənin nəticəsi üçün önəmli rol oynadığını vurğulayıb.

Dərmanların bol su ilə içilməsinin sadəcə boğazdan asan keçməsi ilə əlaqədar olmadığını qeyd edən həkim açıqlamasına belə davam edib:

"Xəstələr, adətən, dərmanı bir qurtum su və ya bir qurtum çay ilə də qəbul edə bildiklərini dilə gətirirlər. Ancaq dərmanın düzgün qəbul edilməsi çox önəmlidir. Bol sudan istifadə olunmasının səbəbi dərmanın yemək borusunu qıcıqlandırmadan keçməsi üçün vacibdir. Eyni zamanda yetərli qədər maye ilə udulmazsa, çox gec həll ola bilər. Gec həll olması da dərmanın gec təsir etməsi ilə nəticələnər. Ona görə də dərmanı bol su ilə qəbul etmək lazımdır.

Həm tez həll olunması, həm də mədədən nazik bağırsağa keçməsi üçün dərmanları ən az bir stəkan su ilə qəbul etmək lazımdır.

Xəstənin mədəsinin həssas olduğu bəzi zamanlarda isə dərmanları meyvə şirəsi və ya südlə qəbul etmək məsləhətdir”.

Səidə Vahid

AzNews.az