Bu dieta ömrü uzadır

Ürək xəstəliklərinin qarşısını aldığı və təziqi aşağı saldığı məlum olub

ABŞ-da aparılan yeni bir araşdırmaya görə, gündə 6-8 saat yemək yeyib, 16-18 saat ac qalmaq ömrü uzadır.

AzNews.az araşdırmanın nəticələrinə əsasən bildirir ki, “məhdudlaşdırılmış zaman” pəhrizinin piylənmə, diabet, xərçəng, ürək xəstəliklərinin qarşısını aldığı və təziqi aşağı saldığı məlum olub.

Araşdırma qrupunun rəhbəri Cons Hopkins Universitetinin professorlarından biri Mark Mattson iki tip aralıqlı aclıq dietini əsas gətirib.

Mattsonun sözlərinə əsasən, bunlardab birincisi "fasiləli aclıq" dietası adı ilə də tanınan "məhdudlaşdırılmış zaman" pəhrizidir. Digərin isə həftənin beş günü normal yeyib, iki gün ac qalmağa əsaslanır. Alim vurğulayır ki, ikinci tip dirta zamanı insan gün ərzində 500 kaloriyə qədər arıqlaya bilir.

Səidə Vahid

AzNews.az