Yeni dəyişiklik Yeni dəyişiklik

“WhatsApp”dakı bu məhdudiyyət aradan qalxır

Yeni dəyişiklik

“WhatsApp” messencerində qrup zənglərində iştirak edə bilən şəxslərin sayı artırılıb.

Məlumata görə, yeni dəyişikliyə əsasən, messencerdə qrup zəngi zamanı 8 nəfərədək istifadəçi əlavə oluna bilər.

İndiyə qədər üç nəfər əlavə etmək mümkün idi. İlk müddətdə səkkiz nəfərlik qrup zəngləri “WhatsApp”ın beta versiyasında həyata keçiriləcək.

Bu, həm audio, həm də videozənglər zamanı mümkün olacaq.

AzNews.az