Əsər 1793-cü ildən Luvrda saxlanılır Əsər 1793-cü ildən Luvrda saxlanılır

"Mona Liza"nı 50 milyard avroya satmaq təklif olunub

Əsər 1793-cü ildən Luvrda saxlanılır

Fransalı iş adamı Luvr muzeyinə “Mona Liza” əsərini 50 milyard avroya satmağı təklif edib.

Məlumata görə, iş adam bu məbləğ sayəsində pandemiyanın səbəb olduğu iqtisadi böhranın öhdəsindən gəlməyin mümkün olacağını bildirib.

Luvr muzeyinin rəhbərliyi isə rəsm əsərinin satılmasının mümkün olmadığını vurğulayıb:

“Milli fransız kolleksiyaları dövlətdən ayrılmazdır və onları satmaq mümkün deyil”.

Qeyd edək ki, “Mona Liza” italiyalı rəssam Leonardo da Vinçi tərəfindən 1503-1505-ci illər arasında çəkilib. Rəsm əsəri 1793-cü ildən Luvrda saxlanılır. (Trend)

AzNews.az