Dişləməsi ölümcül hala salır Dişləməsi ölümcül hala salır

Rusiyada koronavirusdan sonra gənə təhlükəsi

Dişləməsi ölümcül hala salır

Rusiyada mutasiyaya uğramış ölümcül gənə növü kəşf edilib.

AzNews.az DHA-ya istinadən xəbər verir ki, Sibirdə rast gəlinən gənə dişləməsi hadisələrinin normadan 428 dəfə çox olduğu bildirilib.

Mütəxəssislər bu ilki gənələrin mutasiyaya uğramış iki təhlükəli növdən ibarət olduğunu və gənə dişləməsinə qarşı istifadə edilən peyvəndlərin azaldığını açıqlayıb.

Verilən məlumata görə, Krasnoyarskda gənə dişləməsinə məruz qalan 8215 nəfərdən 2125-i uşaqdır. Sverdlovskda isə 17242 nəfərdən 4334-nün uşaq olduğu deyilir.

Qeyd edək ki, gənə dişləməsi insanlarda beyin iltihablanmasına səbəb olur və müalicə olunmadığı təqdirdə ölümlə nəticələnir. Mütəxəssislər bu il gənələrin artmasının səbəbi kimi qış aylarının ötən illərə nisbətən isti keçməsini göstərib.

Pərvanə