Doğulanda anaları onlardan imtina edib Doğulanda anaları onlardan imtina edib

Ən yaşlı yapışıq əkizlər vəfat etdi

Doğulanda anaları onlardan imtina edib

Dünyanın ən yaşlı yapışıq əkizləri vəfat edib.

AzNews.az “Daily Mail”ə istinadən xəbər verir ki, Doni və Roni Qeylon adlı əkizlər 1951-ci ildə ABŞ-ın Ohayo ştatında anadan olublar.

Həkimlər əkizləri təhlükəsiz formada ayırmağın yollarını axtarıblar. Yapışıq əkizlər doğulanda anaları onlardan imtina edib. Onlara ata və ögey anaları baxıb. Həyatlarının 2 ilini xəstəxanada keçirən əkizlərin əməliyyatdan sağ çıxacağına dair təminat verilmədiyi üçün ailə uşaqlarının əməliyyat edilməsinə icazə verməyib.

Xəstəxana xərclərini ödəmək və 9 bacı-qardaşına baxmaq üçün 3 yaşlarından etibarən 37 il sirkdə işləyiblər. 1991-ci ildə isə təqaüdə çıxıblar.

68 il üz-üzə yaşayan yapışıq əkizlər ayrı ürək və mədə ilə doğulub. Doni və Roni Qeylon 2014-cü ildə dünyanın ən uzun yaşayan yapışıq əkizləri olaraq Ginnesin Rekordlar Kitabına düşüblər. Müxtəlif sağlamlıq problemlərinə görə əkizlərin həyatlarının son 10 ilini yataqda keçirdikləri deyilir.

Qeyd edək ki, Roni və Doni Qeylon qardaşlarına qədər dünya rekordu Çanq və Enq Bunker adlı əkizlərdə olub.

1811-ci ildə Taylandda doğulan əkizlər ABŞ-ın Şimali Karolina ştatına köçərək burada 2 bacıyla evləniblər. 62 yaşında ölən yapışıq əkizlərin 21 uşaqları olub.

Pərvanə