Pişiklərə nə üçün “9 canlı” deyirlər?

Pişiklər hər zamaz yüksəklikdən 4 ayaq üstünə düşürlər

Uşaqlığımızdan üzü bəri bizə pişiklərin “9 canlı” olduğunu deyirlər. Əlbəttə, məsələyə elmi yanaşsaq bunun olma ehtimalı sıfırdır. Bəs nə üçün pişiklər haqda “9 canlı” deyilir?

AzNews.az xarici mətbuata istinadən uzun illərdir cavabı axtarılan bu fikrin arxasında olan həqiqətləri açıqlayacaq.

Yüksək yerlərdən atlama, ağacların ən yuxarısına çıxma və ya maşının altından sağ-salamat çıxabilmə kimi bir çox məharəti olan pişiklərin elmi olaraq 9 canlı olmaları qeyri-mümkündür. Pişiklərin zəlzələ zamanı və ya başqa çətin anlarda göydələnlərdən tullanıb sağ qalmaları hamımıza məlumdur. Məsələn, 2009-cu ildə New-Yorkdakı binanın 16-cı mərtəbəsindən tullanan Andy adlı pişik sağ qalmışdı.

Pişiklər hər zamaz yüksəklikdən 4 ayaq üstünə düşürlər. Bunun səbəbi onların “dəqiqlik refleksi”nə sahib olmalarıdır. Pişiklər yüksək bir yerdən tullanan zaman özlərini çevirə bilir və beləcə 4 ayaq üstünə düşürlər. Pişiklərin son dərəcə mükəmməl müvazinət və refleksləri var.

Bir ingilis atalar sözündə belə deyilir: “ Bir pişiyin 9 canı var. Üçü oyun oynaması, üçü gəzməsi və geri qalan üçü də ayaq üstə durması üçündür”. Pişiklərin 9 canlı olması mifi də bu sözdən yaranmış ola bilər.

9 həmçinin qədim yunanlarda möcüzəli bir rəqəm olaraq bilinib. Əsrlər boyunca pişiklər də möcüzəli heyvan olaraq seçilib. Pişiklərin 9 canlı olması əfsanəsinin dəqiq qaynağı bilinməsə də, onların tam bir həyatda qalma uzmanı olduğu məlumdur.

Səidə Vahid

AzNews.az