Üçtərəfli görüşü “izləyən” heykəl kimindir?

Bu görüş Senat sarayında, “Oval” zalda baş tutub

Ötən gün Prezident İlham Əliyevlə Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında Moskvada görüş baş tutub.

Görüşün keçirildiyi otaqda olan heykəl olduqca diqqət çəkib. Putinin iş otağında olan bu heykəl kimindir?

İlk əvvəl bildirək ki, bu görüş Senat sarayında, “Oval” zalda baş tutub. Bina Böyük Yekaterinanın sifarişi ilə Rusiya İmperiyasının əzəməti və aliliyi şərəfinə Matvey Kazakov tərəfindən inşa edilib.

Saray “Oval” və “Yekaterina” zallarından ibarətdir və “Oval” zal hazırda Vladimir Putinin iş otağıdır. Orada 4 tarixi şəxsin heykəli mövcuddur. Bu şəxslər I Pyotr, II Yekaterina, I Nikolay və II Aleksandırdır.

Ötən gün çəkilən fotolarda yer alan heykəl isə II Aleksandra məxsusdur. O, Rusiya imperiyasının XII imperatorudur. II Aleksandr bununla yanaşı III Polşa Çarı və III Finlandiya Knyazı titullarını da daşıyıb. Onun hakimiyyət dövrü Rusiya İmperiyasının Asiya qitəsində öz nüfuzunu gücləndirməsi ilə xarakterizə edilə bilər.

Qafqaz müharibəsinin ən qızğın dövrü də məhz II Aleksandrın hakimiyyət illərinə təsadüf edir. Bildirək ki, Qafqaz müharibəsi 1817-ci ildə Qafqaz xalqlarının azadlıq hərəkatı kimi başlayıb və daha sonra Şeyx Şamil tərəfindən rəhbərlik edilən bir daxili müharibəyə çevirilib.

Müharibə 1864-cü ildə II Aleksandrın hakimiyyəti dövründə Rusiya imperiyasının qələbəsi ilə başa çatıb və hadisələr nəticəsində minlərlə Çərkəz yaşadığı torpaqlardan sürgün edilib. Bundan 17 il sonra, yəni 1881-ci il martın 13-də Sankt-Peterburq şəhərində II Aleksandra sui-qəsd təşkil edilib və bir necə gün sonra sarayda həyatını itirib. (yenisabah.az)

AzNews.az