- Maraq dairəsi
- 3 Fevral 2021 02:00
- 13 552
Məşhur şirkətin qurucusu vəzifəsindən istefa verəcək
Ceff Bezos: “Belə bir məsuliyyətiniz olanda başqa şeylərə diqqət ayırmaq çətin olur”
E-ticarət nəhəngi “Amazon” şirkətinin qurucusu Ceff Bezos şirkətin baş direktoru vəzifəsindən istefa verəcək.
AzNews.az “Daily Mail”ə istinadən xəbər verir ki, C. Bezosu “Amazon”un törəmə şirkəti olan Amazon Veb Servislərinin qurucusu Endi Cesi əvəz edəcək.
Şirkət dəyişikliyin bu ilin 3-cü rübündə baş tutacağını açıqlayıb.
C.Bezos qərarını şirkətin əməkdaşlarına elektron məktubla bildirib:
“Ofisdə rəqs etsəm də, bu dəyişikliyə görə həyəcanlıyam. Milyonlarla istifadəçi xidmətlərimizə, bir milyondan çox işçi isə əməkhaqqına görə bizə güvənir. “Amazon”un təsisçisi olmaq böyük məsuliyyətdir. Belə bir məsuliyyətiniz olanda başqa şeylərə diqqət ayırmaq çətin olur”, - o qeyd edib.
Bezos “Amazon” şirkətinin Direktorlar Şurasının sədri olaraq qalacağını, eyni zamanda “Bezos Day One Fund” (Bezosun İlk Gün Fondu), “Blue Origin” kosmos şirkəti, “The Washington Post” kimi digər işlərə də fokuslanmalı olduğunu vurğulayıb.
”Heç vaxt bu qədər enerjili olmamışam və bu, təqaüdə çıxmağımla bağlı deyil. Bu təşkilatların edə biləcəkləri barədə çox həvəsliyəm”, - deyə bildirib.
Pərvanə