- Maraq dairəsi
- 7 Fevral 2021 09:31
- 11 582
2012-ci ildə kosmosa çıxarılan peyk Yerin atmosferində məhv oldu
Peykin fevralın 5-də Bakı vaxtı ilə saat 04:00-da atmosferə çatdığı qeyd olunur
2012-ci ildə “Proton-M” raketi vasitəsilə orbitə çıxarılan İndoneziyanın telekomunikasiya peyki “Telkom-3” Yer atmosferinə daxil olub və yanıb.
AzNews.az bildirir ki, bu barədə “RİA Novosti” ABŞ Hərbi Hava Qüvvələrinin açıqlamasına istinadən xəbər verib.
Peykin fevralın 5-də Bakı vaxtı ilə saat 04:00-da atmosferə çatdığı qeyd olunur. Cihazın qalıqlarının Yer səthinə çatıb-çatmadığı barədə məlumat verilmir.