Pikassonun şah əsəri 103,4 milyon dollara satıldı

Bu barədə hərrac evi məlumat yayıb

Məşhur rəssam Pablo Pikassonun “Pəncərə kənarında oturan qadın” (Mariya-Tereza) tablosu “Christies” hərrac evində satışa çıxarılıb.

AzNews.az xəbər verir ki, bu barədə hərrac evi məlumat yayıb. Bildirilib ki, əsər 19 dəqiqə içində 103.4 milyon dollara alıcı tapıb. Tablonun yeni sahibinin adı açıqlanmayıb.

Qeyd edək ki, dahi rəssam əsərdə sevgilisi, modeli və böyük qızının anası Mariya-Terezanı əbədiləşdirib. 1932-ci ilə aid əsər 146x114 santimetr ölçülərindədir.

Pikasso ümumilikdə əsərlərində Mariya-Terezanı çılpaq və gözüqapalı uzanaraq düşüncələrə dalmış şəkildə təsvir edib. Bu əsərdə isə sevgilisini hökmran görkəmində çəkdiyi üçün əsər qeyri-ənənəvidir.