Qeyri-adi kalkulyatora bir çox suallar yerləşdirilib Qeyri-adi kalkulyatora bir çox suallar yerləşdirilib

Ölüm tarixinizi belə proqnozlaşdıra biləcəksiniz

Qeyri-adi kalkulyatora bir çox suallar yerləşdirilib

Kanadalı mütəxəssislər pensiya yaşındakı insanın nə qədər ömrü qaldığını hesablaya biləcək bir kalkulyator yaradıblar.

Aznews.az Lent.az-a istinadla bildirir ki, məlumat toplama texnologiyasının, yaşlı xəstələrin həyati fəaliyyətlərinə görə ölüm tarixini verdiyi bildirilir.

Cihazı yaratmaq üçün mütəxəssislər evdə qulluq edilən 491 mindən çox insanın müşahidə məlumatlarını işləyib hazırlayıblar.

Alimlər elmi işlərin nəticəsi olaraq gündəlik məişət tapşırıqlarını yerinə yetirmə qabiliyyətinin azalması ilə insanın altı ay ərzində daha çox ölüm göstəricisinə sahib olduğu qənaətinə gəliblər.

Həkimlərin izah etdiyi kimi, bu tip tapşırıqlara gigiyenanı qorumaq və ya tualetdən istifadə etmək kimi sadə funksiyalar daxildir.

Qeyri-adi bir kalkulyatora bir çox sualın yerləşdirildiyi də məlumdur. Cihaz yalnız cinsi və yaşı deyil, xəstəlikləri və sosial-demoqrafik amilləri də göstərməyinizi tələb edəcəkdir.

Cihaz xəstələrin yaxınları üçün faydalı olacaq ki, ölməkdə olan bir şəxslə mümkün qədər çox vaxt keçirsinlər.