“Birgə infeksiyaların olması artıq adi haldır" “Birgə infeksiyaların olması artıq adi haldır"

Bu xəstəliyi tutanlar eyni vaxtda koronavirusa yoluxa bilməzlər

“Birgə infeksiyaların olması artıq adi haldır"

"KRVİ (Kəskin respirator virus infeksiyası) tutanlar eyni vaxtda koronavirus xəstəsi ola bilməzlər. Bu xəstəliyə yoluxan zaman bədəndə interferon adlı maddə ifraz olur və o antiviral proteindir.İnterferon orqanizmi ikinci yoluxmadan qoruyur”.

AzNews.az "russian.rt.com" saytına istinadən xəbər verir ki, bunu V. A. Engelqart Molekulyar Biologiya İnstitutunun Hüceyrə Profilaktikası laboratoriyasının müdiri, Rusiya Elmlər Akademiyasının üzvü professor Pyotr Çumakov deyib.

Virusoloqlar da bu mövzuya aydınlıq gətirib: “İnsan təbii ki, qrip və ya soyuqdəymə zamanı koronavirusa yoluxmayacaq, amma sağaldıqdan sonra o COVİD-19 ola bilər. Orqanizm zəiflədiyi üçün böyük ehtimalla koronavirusu daha ağır keçirəcək".

“Birgə infeksiyaların olması artıq adi haldır. Eyni zamanda həm tənəffüs yolları, həm də mədə-bağırsaq viruslarına yoluxma baş verə bilər. Adətən bir infeksiya digərindən daha güclü olur. Hansının güclü olacağı isə orqanizmə ilk hansının düşdüyündən asılıdır”, - deyə Sergey Netyosov bildirib.

Lamiyə Əliyeva