- Maraq dairəsi
- 6 İyun 23:49
- 10 222
İlon Mask "Twitter"in ofisini tərk edib

İlon Mask artıq "Twitter"in baş direktoru deyil.
Aznews.az xəbər verir ki, bu barədə "Business Insider" məlumat yayıb.
Maskı bu vəzifədə Linda Yakkarino əvəz edəcək.
O 5 iyundan etibarən vəzifələrinin icrasına başlayıb.
"Bu baş verdi - bütün rəsmi sənədlərdə ilk gün", - deyə o bildirib.
Milyarder Mask 2022-ci ilin oktyabrında "Twitter"i 44 milyard dollara satın aldıqdan sonra baş direktor vəzifəsində çalışır.