“Amazon” şirkətinin gəliri 134,4 milyard dollara çatıb

“Amazon”un cari ilin 2-ci rübü üçün hesabatı açıqlanıb.

Aznews.az xəbər verir ki, şirkətin həmin dövrdəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 11 faiz artaraq 134,4 milyard dollara çatıb. Şirkətin xalis satışları 2022-ci ilin ikinci rübündə 121,2 milyard dollar olaraq qeydə alınıb.

İkinci rübdə “Amazon”un xalis mənfəəti də 6,7 milyard dollar olub. Şirkət ötən ilin eyni dövründə 2 milyard dollar zərər verdiyini açıqlamışdı.

“Amazon”un səhm başına xalis mənfəəti bu ilin ikinci rübündə 65 sent olaraq hesablanıb. Ötən ilin eyni dövründə şirkət hər bir səhmə görə 20 sent itirmişdi.