"Amazon" "Apple"ı keçdi

"Apple" aprel-iyun dövrü üçün balans hesabatını açıqlayıb.

Şirkətdən verilən açıqlamaya görə, üçüncü rüb olaraq qəbul edilən və iyulun 1-də başa çatan rüblük balans hesabatında "Apple"ın gəliri keçən ilin eyni dövrünə görə 1% azalaraq 81,8 milyard dollar olub.

Ötən ilin eyni dövründə şirkətin gəliri təxminən 83 milyard dollar olub.

Qeyd edilən azalmaya baxmayaraq, şirkətin gəlirinin bu dövrdə 81,7 milyard dollar olacağı gözlənilirdi.

Ötən ilin eyni dövründə 19,4 milyard dollar olan “Apple”ın xalis mənfəəti 2,5 faiz artaraq 19,9 milyard dollar olub. Şirkətin səhm üzrə qazancı bu müddət ərzində 1,20 dollardan 1,26 dollara yüksəlib.

"Amazon"un gəlirləri isə artıb. Bu ilin ikinci rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 11% artaraq 134,4 milyard dollara çatıb. Şirkətin xalis satışları 2022-ci ilin ikinci rübündə 121,2 milyard dollar olaraq qeydə alınıb.

İkinci rübdə "Amazon"un xalis mənfəəti də 6,7 milyard dollar olub. Şirkət ötən ilin eyni dövründə 2 milyard dollar zərəri olduğunu açıqlamışdı.

Ayan