84 yaşlı qadının qarnında 40 illik döl tapıldı

Meksikanın Duranqo əyalətində şiddətli qarın ağrısı ilə xəstəxanaya müraciət edən 84 yaşlı qadının qarnında döl aşkarlanıb.

AzNews.az xəbər verir ki, müayinə nəticəsində dölün təxminən 40 yaşında olduğu müəyyən edilib.

Həkimlər uşaqlıqdan kənar hamiləlik nəticəsində körpənin 40 həftəyə qədər inkişaf etdiyini, hamiləliyin kəsilməsinə baxmayaraq doğumun baş tutmaması səbəbilə dölün qadının bətnində qaldığını bildiriblər.

Həkimlər dölün çıxarılması üçün istənilən cərrahi müdaxilənin qadının yaşına görə riskli olduğunu da qeyd ediblər.