Luna-25-dən Ay səthinin ilk fotoşəkili gəlib

Rusiya Federal Kosmik Agentliyi “Luna-25” stansiyasının Ay səthinin ilk fotoşəkilini çəkdiyini açıqlayıb.

Aznews.az xəbər verir ki, Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) verdiyi açıqlamada, Ayın orbitinə çıxmağa davam edən Luna-25 avtomatik stansiyasının STS-L kameraları ilə Ay səthinin ilk fotoşəkillərini çəkdiyi açıqlanıb.

“Bu gün Moskva vaxtı ilə saat 08:23-də (GMT ilə eyni) çəkilmiş şəkildə Ayın arxasındakı cənub qütb krateri Zeeman görünür. Krater mərkəzinin koordinatları 75 dərəcə cənub eninə və 135 dərəcə qərb uzunluğuna uyğundur.

Açıqlamada, həmçinin dünyadan görünməyən Zeeman kraterinin Ay səthində bənzərsiz bir obyekt olduğu və tədqiqatçılar tərəfindən böyük marağa səbəb olduğu, krater ətrafındakı yüksəkliyin isə 8 kilometr yüksəkliyə çatdığı bildirilib.

Mövsüm