Rusiyanın “Luna-25” kosmik gəmisi Ayın səthinə çırğılıb

Rusiyanın 47 ildən sonra ilk dəfə Aya göndərdiyi “Luna-25” kosmik gəmisinin idarəetmədən çıxaraq Ayın səthinə çırpıldığı açıqlanıb.

Aznews.az xəbər verir ki, avqustun 11-də Rusiyanın Aya göndərdiyi “Luna-25” kosmik gəmisindən bəd xəbər gəlib.

Rusiyanın dövlət kosmos şirkəti Roskosmos tərəfindən bu gün edilən açıqlamada, dünən yerli vaxtla saat 14:57-dən sonra Luna-25 ilə əlaqənin kəsildiyi ifadə edilərək, "Nəticədə vasitə gözlənilməz bir orbitə girdi və fəaliyyətini Ayın səthi ilə toqquşması nəticəsində dayandırdı",-deyə qeyd edilib.

Sabah uğurlu eniş etməsi gözlənilən Luna-25-in su izlərinin təsbit edildiyi Ayın cənub qütb bölgəsində bir il xidmət etməsi planlaşdırılırdı.

Qeyd edək ki, indiyədək heç bir ölkə cənub qütbünə eniş edə bilməyib.

Mövsüm