Çin "Gaofin-12 04" Yerin müşahidə peykini orbitə buraxıb

Çin kosmosa yüksək ayırdetməli optik yer müşahidə peykini "Gaofin-12 04" buraxıb.

Sinxua agentliyinin xəbərinə görə, peyk “Long March 4B” daşıyıcı raketi ilə ölkənin şimal-qərbindəki Ciucuen Peyk Mərkəzindən buraxılıb.

Buraxılış "Long March" raketləri ilə 483-cü uğurlu nəqliyyat missiyası olub.

Peykin kadastr, şəhərsalma, yol şəbəkəsinin layihələndirilməsi, məhsulun proqnozlaşdırılması, ətraf mühitin idarə edilməsi, fəlakətlərin monitorinqi və qarşısının alınmasında istifadə edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Çin, kosmosdan daha aydın yer müşahidələri aparmaq üçün ilk dəfə olaraq 2010-cu ildə Gaofin peykləri istehsal etməyə başlayıb və ilk peyki olan Gaofin-1 2013-cü ildə kosmosa göndərilib.

Adı Çin dilində "yüksək ayırdetmə" mənasını verən Gaofun peyklərindən 33-ü hələ də aktivdir.

Mövsüm

Aznews.az