"Threads"-in veb versiyası gəlir

Meta şirkəti aktiv istifadəçilərinin sayı sürətlə azalan "Threads" sosial media platformasının veb versiyasını təqdim etməyə hazırlaşır.

Aznews.az xəbər verir ki, "Threads" həmçinin X üzərində üstünlük qazanmağa ümid edir.

"İnstaqram" rəhbəri Adam Mosseri bildirib ki, təqdimat tezliklə baş verə bilər. Meta bunun üçün tarix açıqlamayıb.

Qeyd edək ki, X-in populyarlığını görən "Threads", iyulun əvvəlində onu Android və iOS proqramı olaraq işə salıb və beş gün ərzində 100 milyon istifadəçi qazanmışdı.

Həmçinin bildirək ki, Android proqramında gündəlik aktiv istifadəçilərin sayı bir ayda 49,3 milyonluq zirvədən 10,3 milyona düşüb.

Mövsüm