Böyrəkləri təmizləyən CÖVHƏR. İnanılmaz nəticə!

Xalq təbabətində orqanizmi təmizləmək üçün bir çox müxtəlif təbii cövhərlərdən istifadə olunur.

Aznews.az bildirir ki, bu cövhər böyrəkləri duzlardan və qumdan çox yaxşı təmizləyir, iltihabı azaldır. Lakin nəzərə almaq lazımdır ki, sizdə böyrək daşı xəstəliyi varsa, bu cövhərdən istifadə etmək olmaz. Bu daşların tərpənməsinə, sidik kanalına düşməsinə səbəb ola bilər.

Cövhərin hazırlanması:

1 dəstə cəfəri və 1 ədəd limonun şirəsi blenderdə qarışdırılır. Üzərinə 1 stəkan qaynadılmış su tökülür, yenə də blenderdə qarışdırılır. Daha sonra cövhəri yaxşı süzün və gündə 3 dəfə yarım armudu stəkan olmaqla yeməkdən 30 dəqiqə sonra için. Cövhər qurtaranda yenisini hazırlayın. Müalicə kursu 10 gündür.

Bu qarışıq həmçinin təzyiqi tənzimləyir, qanda xolesterini və şəkəri aşağı salır, damarları təmizləyir./Saglamolun.az