Space X-in 4 astronavtı Beynəlxalq Kosmik Stansiyaya eniş edib

İlon Maska məxsus kosmik nəqliyyat şirkəti "Space X" tərəfindən avqustun 26-da kosmosa göndərilən 4 astronavt Beynəlxalq Kosmik Stansiyaya (BKS) eniş edib.

Aznews.az xəbər verir ki, CNN-in xəbərinə görə, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) "Crew-7" missiyasını yerinə yetirmək üçün 4 astronavtın olduğu "Crew Dragon" kapsulası 1 günlük səfərdən sonra təyinat yerinə çatıb.

NASA-nın əməkdaşı Jasmin Moghbelinin rəhbərlik etdiyi yeni komandaya Avropa Kosmik Agentliyindən (ESA) danimarkalı Andreas Mogensen, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyindən (JAXA) Satoşi Furukava və Rusiya Federal Kosmik Agentliyindən (Roskosmos) kosmonavt Konstantin Borisov daxildir.

Astronavtların stansiyada keçirdikləri müddət ərzində pilotlu uçuşlarda bakteriya və göbələklərin yayılma riskinin araşdırılması, mikroorqanizmlərin stansiyadan kosmosa vakuumla çıxarılması, stansiyada istifadə olunan suyun təkrar emalının təkmilləşdirilməsi üsulları və s. tədqiq ediləcək.

"Crew Dragon" kapsulu avqustun 26-da ABŞ-nin Florida ştatındakı Kennedi Kosmik Stansiyasından yerli vaxtla saat 03:27-də "Space X"-in "Falcon 9" raketi ilə buraxılıb.

Mövsüm