Fizika üzrə 2023-cü il Nobel Mükafatının qalibi məlum olub

2023-cü il Fizika üzrə Nobel Mükafatının qalibləri Pierre Agostini, Ferenc Krausz və Anne L'Huillier olub.

Aznews.az xəbər verir ki, Fizika üzrə 2023-cü il Nobel mükafatı maddədə elektron dinamikasının tədqiqi üçün attosaniyəlik işıq impulsları yaradan eksperimental üsullarına görə Pierre Agostini, Ferenc Krausz və Anne L'Huillier-ə verilib.