Əfsanəvi filmlərdə istifadə olunan əşyalar hərraca çıxarılıb

Böyük Britaniyada yerləşən Propstore hərrac evi 9-12 Noyabr tarixləri arasında 1800-dən çox əşyanın satılacağı böyük "film xatirələri" hərracına hazırlaşdığını açıqlayıb.

1977-ci ildə çəkilmiş 'Ulduz Döyüşləri: Yeni Ümid' filmindəki məşhur robot C-3PO-nun başı üçün mütəxəssislər satış qiymətinin 1 milyon funda qədər yüksələ biləcəyini qeyd ediiblər.

Xoakin Feniks-in "Qladiator" filmində geyindiyi kostyumun və 1982-ci ildə çəkilmiş "Blade Runner" elmi-fantastik filmində androidi oynayan aktrisa Coanna Cassidy-nin geyindiyi məşhur kostyumun qiymətinin 60 min funt olduğu təxmin edilir.

Mövsüm

Aznews.az