Britaniyalı aktrisa Haydn Qvin vəfat edib

Britaniyalı aktrisa Haydn Qvin 67 yaşında vəfat edib.

Aznews.az xəbər verir ki, bu barədə "BBC" kanalı məlumat yayıb .

“Böyük kədərlə sizinlə bölüşürük ki, bu yaxınlarda xərçəng diaqnozu qoyulan səhnə və ekran ulduzu Haydn Gwyn 20 oktyabr Cümə günü səhər saatlarında xəstəxanada sevimli oğulları, yaxın ailəsi və dostlarının əhatəsində dünyasını dəyişdi”,-deyə xəbədə qeyd edilib.

Qvin "Şerlok", "Tac", "Puaro", "Roma", "Kantervil Kabusu", "Sırf İngilis Cinayətləri" seriallarında çəkdiyi işi ilə tanınır. O, həmçinin 2017-ci ildə “Gözəl və vəhşi” filmində və “Tamaşaçı” televiziya tamaşasında rol alıb.

Mövsüm